Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində ümumi sahəsi 116 m² olan mənzilin bir otağında 1 ədəd yataq dəsti yanıb. Yüksək temperaturdan 1 ədəd kondisioner və 1 ədəd televizor əriyib.

Fövqəladə Hallar Nazirliyindən Unikal.org-a verilən məlumata görə, mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.