Caliber sərhəddə baş verən təxribatın təfərrüatlarını açıqlayıb.
 
Unikal.org xəbər verir ki,  saat 16:00 radələrində Basarkeçərdə yerləşən erməni postuna 2 mülkü avtomobil yaxınlaşıb. Maşınlarla gələn erməni “volontyorları” hərbçilərlə dialoqa giriblər. Az sonra yaxınlıqda yerləşən postumuza atəş açılıb və gizir Telman Yaqublu snayper gülləsinə tuş gəlib.
Cavab atəşi ilə təxribatı törədən erməni postu məhv edilib: erməni tərəfində ölən və yaralananlar var.

22:17

xxx

Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər sahəsində atışma hazırda da davam edir. 

Bu barədə Unikal.org-a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildiriblər.

Azərbaycan Ordusunun bölmələri cavab atəşi ilə qarşı tərəfi susdurur.