Gürcüstanda təlim-məşq toplanışını davam etdirən "Sabah" növbəti yoxlama oyununu keçirib.

Unikal.org xəbər verir ki, Ramin Quliyevin baş məşqçi olduğu kollektiv ikinci sınağında yerli "Samqurali" klubu ilə qarşılaşıb. Görüş Bakı təmsilçisinin minimal hesablı məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, "Sabah" Gürcüstandakı ilk yoxlama matçında "Şukura" klubuna 1:0 hesabı ilə qalib gəlib.