Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və digər hüquq mühafizə orqanları ilə birgə fəaliyyətin nəticəsi olaraq, 2021-ci ilin birinci yarımilində əməliyyat-axtarış və istintaq fəaliyyətini həyata keçirən bütün dövlət orqanları üzrə 14 min 928 cinayət qeydə alınıb ki, bunun yalnız 1%-i xüsusilə ağır cinayətlər təşkil edib, daxili işlər orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 207 cinayətin açılması təmin edilib, 435 cinayətkar qrup zərərsizləşdirilib.

Unikal.org-un xəbərinə görə, bu barədə Baş Prokurorluqda keçirilən əməliyyat müşavirəsində bildirilib.