Türkiyənin Samsun şəhərində  gecə saatlarında avtomobil qəzası  baş verib.  

Unikal.org  xəbər verir ki,  11 yaşlı oğlan atasının  müdirinin avtomobilini qaçırdaraq, qəza törədib.  Hadisə nəticəsində azyaşlı yüngül xəsarət  alıb. O,  xəstəxanaya yerləşdirilib. 

Müdir  hadisədən xəbər tutduqdan sonra, onları polisə  şikayət  edib. Faktla bağlı  araşdırma  aparılır.