Şiddətli yağış fırtınası iki saat ərzində Çinin Xinxianq şəhərinə 260 mm ataraq həyatı iflic edib.

Unikal.org xəbər verir ki, sel ərazini əhatəyə aldığı üçün minlərlə insan bölgədə köməksiz qalıb. 

Bildirilib ki, son günlərdə ən az 33 nəfər ölüb. Lakin axtarış-xilasetmə qrupları ölü sayının artacağını istisna etmir. 

Bu həftənin əvvəlində Henan əyalətinin paytaxtı Çjençjou şəhəri və ətraf ərazilərdə də bir illik normadan artıq yağan yağış fırtına və dağıntılara səbəb olub.  

Əyalətin Zhengzhou adlanan ərazisində metro vaqonlarının su ilə dolması səbəbindən 12 nəfər həlak olub. 

Bundan əlavə, təqribən 6 milyon əhalisi olan şəhərin hal-hazırda təxminən 9 mini təxliyə olunaraq təhlükəsiz ərazilərə köçürülüb.  

Ərazini qaydaya salmaq, eləcə də axtarış işlərini davam etdirmək üçün əraziyə 10 min nəfər hərbi qulluqçu cəlb olunub. 

Ağarza Elçinoğlu