Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi olub.

Unikal.org xəbər verir ki,  "NİVA" və "VAZ-2106" markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb. Onlardan birinin vəziyyəti ağır qiymətləndirilir.

Yaralılar xəstəxanaya aparılıb.

Qeyd edək ki, zərbənin gücündən "VAZ-2106" markalı avtomobil iki hissəyə bölünüb.

Faktla bağlı araşdırmalara başlanılıb.