Ukraynanın İnfrastruktur Nazirliyi ölkədə hidrogenlə çalışan avtomobillərin istehsalına şərait yaradacaq qanun layihəsinin hazırlandığını bildirib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə  İnfrastruktur Nazirliyi məlumat yayıb. Belə  ki, bununla da  yaxın gələcəkdə vəziyyətin müsbətə doğru dəyişməsi gözlənilir.

Qeyd edək ki, Ukrayna qanunvericiliyinə əsasən, sıxılmış hidrogenlə çalışan avtomobillər elektromobillərə bərabər tutulur. Sonuncuların ölkəyə gətirilməsi isə bütün vergi və rüsumlardan azad olunub.