İran Cask limanından gündə 1 milyon barrel neft ixrac etməyi hədəfləyir.

Unikal.org  xəbər verir ki, bu sözləri İran Prezidenti Həsən Ruhani Buşəhr, Fars və Hörmüzqan əyalətlərindən keçərək Cask limanına qədər uzanan 1000 kilometrlik neft kəmərinin açılış mərasimində deyib.

Ruhani bildirib ki, yeni ixrac terminalı Vaşinqtonun İrana qarşı tətbiq etdiyi sanksiyaların uğursuzluğunu nümayiş etdirir.