Tokio-2020 Yay Olimpiya Oyunlarının açılış mərasimi 23 iyul tarixində keçiriləcək.

Unikal.org xəbər verir ki, 24 iyulda isə taekvondo yarışlarına start veriləcək. Azərbaycanı bu yarışlarda təmsil edəcək iki idmançı – 67 kq çəki dərəcəsində qadın taekvondoçu Fəridə Əzizova və 80 kq çəki dərəcəsində kişi taekvondoçu Milad Hərçəqani iyulun 26-da mübarizəyə qoşulacaq.

Azərbaycanlı idmançıların ilk rəqibləri də bəllidir. Belə ki, Fəridə Əzizova ilk olaraq amerikalı Payce Makfersonla, Milad isə Çin-Taypeyi təmsil edən Vey-Tin Lyu ilə qarşılaşacaq.