Abşeron rayonunun Güzdək kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, iyulun 21-də saat 22 radələrində Abşeron rayonunun Güzdək kəndi ərazisində Naxçıvan şəhər sakini N.Həsənov idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən Quba rayon sakini Şəlalə Orucovanı vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Faktla bağlı araşdırma aparılır.