Rusiyada son sutka ərzində koronavirusa 24 471 yeni yoluxma halı qeydə alınıb.

Unikal.org “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 6 054 711 nəfərə çatıb.

Rusiyada son bir gündə 796 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 151 501 nəfərdir. İndiyədək 5 427 457 xəstə sağalıb.