"Hələ ki, oyuna bir gün qalıb və matça hazırıq. Amma hansı səviyyədə hazır olduğumuzu görəcəyik".

Unikal.org xəbər verir ki, bu fikirləri İsrailin "Aşdod" klubunun baş məşqçisi Ran Ben Şimon Bakıda "Qarabağ" ilə keçirəcəkləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis püşkatmadan sonra “Qarabağ”ı araşdırdıqlarını söyləyib: "Rəqib keyfiyyəlti oyun göstərir. Son mövsümü bir xal fərqlə “Neftçi”yə uduzduqlarını bilirik. Yüksək səviyyəli oyunçuları var. Bu komandanın bəzi futbolçuları Azərbaycan millisindədir və yığmanın son illərdəki irəliləyişi hiss olunur".

Şimon “Qarabağ”dan çəkinirsiniz" sualına belə cavab verib: "Həyatda yalnız həyat yoldaşımdan çəkinirəm. Çünki o, güclü şəxsiyyətdir".

Qeyd edək ki, iyulun 22-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Aşdod" oyunu saat 20:00-da başlayacaq. Cavab matçı isə 1 həftə sonra İsraildə olacaq.