Çinin Çjençjou şəhərində güclü sel Qotszyaszyu su anbarında bəndin dağılmasına səbəb olub.

Unikal.org xarici KİV-ə istinadən bildirir ki, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.

Məlumata görə, əyalət rəhbərliyi fövqəladə vəziyyətlə əlaqədar birinci səviyyəli reaksiya tədbirləri görüb, ÇXR Fövqəladə Hallar Nazirliyi milli təhlükə səviyyəsini üçüncü səviyyədən ikinciyə qaldırıb.

"Güclü yağışlar səbəbindən Çjençjou şəhərinin Ersi bölgəsindəki Qotszyaszyu su anbarında suyun səviyyəsi sürətlə artıb. 21 iyulda yerli vaxtla saat 01:30-da (Bakı vaxtı ilə 20 iyul 21:30-da) bənd dağılıb. Tszyaluhe, İhe və digər çaylarda təhlükəli vəziyyət yaranıb və daşqına qarşı mübarizə tədbirləri son dərəcə ciddi olmalıdır", - deyə məlumatda qeyd olunub.

Şəhərdə daşqın səbəbindən təxminən 100 min sakin təxliyə olunub. Təcili yardım xidmətlərinə Çin Xalq Qurtuluş Ordusu və daxili qoşunların təxminən 2 min hərbçisi, 6,8 min xilasedici və 1,4 min ədəd texnika göndərilib.

Meteoroloqların fikrinə görə, Çjençjouda illik yağış miqdarı təqribən 640,8 milli metrdir, lakin son üç gündə bu göstərici artıb. Yerli icra orqanları sakinləri ehtiyac olmadığı halda evlərini tərk etməməyə çağırıb.