Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org xəbər verir ki,  Xırdalan şəhərində qeydə alınıb.

Minik avtomobili avtobus dayanacağında dayanan 1963-cü il təvəllüdlü Həsənova Arzu Faiq qızını vurub.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.(report.az)