Kremldə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya işgüzar səfəri çərçivəsində bu ölkənin prezidenti Vladimir Putinlə görüşü keçirilir.

Unikal.org “RİA Novosti”yə istinadən xəbər verir ki, görüş zamanı başlıca müzakirə mövzularından biri Qarabağ məsələsi olub.

Putin Azərbaycan Prezidentinə məsələnin həllilə bağlı kompromis variantların tapıldığı üçün təşəkkürünü bildirib.

Həmçinin, ikitərəfli münasibətlərə də toxunan Rusiya dövlət başçısı bildirib ki, ölkələr arasındakı iqtisadi münasibətlər tədricən pandemiyadan əvvəlki səviyyədək bərpa olunur.