Samux rayonunda üç avtomobilin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi olub.

Unikal.org-un məlumatına görə, hadisə rayonun Alıuşağı kəndində, körpü yaxınlığında qeydə alınıb. Hərəkətdə olan "VAZ" və "Opel" markalı avtomobillər toqquşub.

Daha sonra avtomobillərdən biri "Moskviç" markalı avtomobilə çırpılıb.

Qəza nəticəsində 3-ü bir ailənin üzvlü olmaqla 4 nəfər xəsarət alıb. Onlar hadisə yerinə çağrılan 4 təcili tibbi yardım maşınları ilə Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıblar.

Faktla bağlı araşdırmalara başlanılıb.