Bakı şəhərinin Qaradağ rayonunda "Mercedes" markalı minik avtomobilinin yol kənarındakı avtobus dayanacağına çırpılıb. 

Unikal.org-un xəbərinə görə, hadisə yerinə Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Sıxılı vəziyyətdə qalan 1 nəfər deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılıb.