İngiltərənin “Çelsi” klubu futbolçusu Timo Verneri satmağı düşünür.

Unikal.org xəbər verir ki, bu barədə Almaniyanın “Sky” nəşri məlumat yayıb. “Çelsi” nümayəndələri alman hücumçunu bir neçə kluba təklif edib.

Verner 2020-ci ilin yayından “Çelsi”də çıxış edir. Alman hücumçu London komandası ilə Premyer Liqada keçirdiyi 35 oyunda cəmi 6 qol vura bilib.