Bakı şəhərinin Nərimanov rayonunda yerləşən onaltımərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb.

Unikal.org xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

***

16:08

Bakının Nərimanov rayonunda yerləşən 16 mərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində 5 nəfər xəsarət alıb.

Unikal.org xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) bir hərbi qulluqçusu, iki polis əməkdaşı və iki vətəndaş (qadınlar) tüstüdən boğulma ilə xəstəxanaya çatdırılıb.

Onların vəziyyətləri qənaətbəxşdir, həyat təhlükəsi olmadığı bildirilir.

Nərimanov Rayon Polis İdarəsinin Post Patrul xidmətinin əməkdaşları FHN-in və digər aidiyyatı qurumların nümayəndələri ilə birlikdə bir sıra vətəndaşları xilas ediblər.(report)

***

15:57

Hazırda Bakının Nərimanov F.Xoyski və Ə.Rəcəbli küçələrinin kəsişməsindən Ə.Rəcəbli küçəsinə giriş məhdudlaşdırılıb.

Unikal.org xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, məhdudlaşdırma Ə. Rəcəbli küçəsindəki binada baş verən yanğın səbəbindən tətbiq edilib.

***

15:51

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda yerləşən onaltımərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, həmin binada "Life Centre" ticarət mərkəzi yerləşir.

Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin müvafiq xilasetmə qüvvələri yanğın baş verdiyi ünvana cəlb olunub. İlkin məlumata əsasən, binanın şaxtasında elektrik kabelləri yanır. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Qeyd edək ki, yanğınsöndürmə işlərinə cəlb olunan yanğından mühafizə bölmələri yaşayış binasının həyətinə girişdə və həyətində vətəndaşlar tərəfindən avtomobillərin nizamsız park edilməsi səbəbindən çətinliklə üzləşiblər.


%%