İslam aləminin xeyirxahlıq, qardaşlıq və yardımlaşma kimi gözəl hisslərini təqdim edən ən əziz bayramlardan biri Müqəddəs Qurban bayramı Qaradağ rayonu ərazisində geniş qeyd olunmuşdur.

RİH-dən Unikal.org-a verilən məlumata görə, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov şəhid ailələrini ziyarət edərək onları bayram münasibəti ilə təbrik etmiş, onları narahat edən məsələlər ilə maraqlanmışdır. Qaradağ rayonunda 300 ailə olmaqla, şəhid ailələri və Vətən Müharibəsi qaziləri ziyarət edilmiş, 300 ailəyə qurban payı verilmişdir.
Bundan əlavə Qurban Bayramı münasibəti ilə rayonun 11 qəsəbəsində qurbanlar kəsilmiş, 15500 nəfər aztəminatlı ailəyə qurban payı verilmişdir.

Göstərilən yardımı böyük sevinclə qarşılayan hər bir ailə Müqəddəs bayramların ölkə ərazisində yüksək səviyyədə keçirilməsinə və onlara yetirilən hərtərəfli diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə böyük minnətdarlıqlarını bildirmişlər.