1972-1977-ci illərdə Salvadora rəhbərlik etmiş polkovnik Arturo Armando Molina Kaliforniyada 93 yaşında dünyasını dəyişib.

Unikal.org "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə siyasətçinin mənsub olduğu "Milli Saziş" partiyası öz Twitter səhifəsində paylaşım ediblər.

"Salvador Respublikasının keçmiş prezidenti polkovnik Arturo Armando Molinanın və dostlarına başsağlığı veririk"-deyə paylaşımda qeyd olunub.