Tovuzda toy məclisində baş verən davada 3 nəfər bıçaqlanıb. 

Unikal.org xəbər verir ki, 1991-ci il təvəllüdlü Kərimov Mahir, 1991-ci il təvəllüdlü Hüseynov Fuad Polad oğlu və 1996-cı il təvəllüdlü Mehdiyev Fərid İlyas oğlu baş və əl nahiyələrindən bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdiriliblər.

Hər üç xəstəyə lazımi tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

***00:30

Tovuz rayonunda bıçaqlanma hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, Tovuz çayının kənarında bıçaq xəsarəti alan kişi ağır halda xəstəxanaya aparılıb.

Onun hansı şəraitdə bıçaq xəsarəti aldığı və kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.