Oğuz rayonunun Şirvanlı kəndində axşam saat 21 radələrində yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, qəza zamanı iki nəfər xəsarət alıb. Rayonun Bayan kənd sakini, 1987-ci il təvəllüdlü Urfan Məhəmməd oğlu Bayramov və Şirvanlı kənd sakini Şahlar Veysal oğlu Mahmudov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı Oğuz rayon Polis Şöbəsində araşdırma aparılır.