Partlayış nəticəsində 30 nəfər ölüb, təxminən 60 nəfər isə yaralanıb. Ölənlər arasında qadın və uşaqların olduğu bildirilib.

Unikal.org xəbər verir ki, hadisə terror aktı kimi qiymətləndirilib. Partlayışla bağlı məsuliyyəti, hələ ki, heç bir qruplaşma öz üzərinə götürməyib.

***21:59

Partlayış nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb.

Unikal.org xəbər verir ki, hadisədə 47 nəfər isə yaralanıb.

***21:29

İraqda bazarda baş verən güclü partlayış nəticəsində 18 nəfər ölüb.

Unikal.org xəbər verir ki, hadisə nəticəsində 30 nəfər yaralanıb.

İraq təhlükəsizlik mənbələrindən bildirilib ki, partlayış Bağdadın şərqində Madinat al-Sadr rayonundakı bazarda baş verib.

Qeyd edək ki, partlayış kənardan idarə edilən qurğu vasitəsilə gerçəkləşdirilib.