Sumqayıt şəhərində toy korteji qəzaya düşüb.

Unikal.org APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb.

Kortejdə olan 50-DE-500 dövlət nömrə nişanlı BMW markalı avtomobilin sürücüsü idarəetməni itirərək əvvəlcə nəqliyyat vasitəsini yol kənarında dayanmış "Mercedes-Benz" markalı avtomobilə çırpıb. Sonra isə BMW-nin sürücü yol kənarında təmizlik işləri aparan 1956-cı il təvəllüdlü Xəlilova Rəxşəndə Xeyrulla qızını vurub. Ağır bədən xəsarətləri alan 65 yaşlı qadın təcili tibbi yardım xidmətinin köməyi ilə xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.