Şəmkir rayonu, Mahmudlu kəndində su kanalında batan 1996-cı il təvəllüdlü İsmayılov Kamil Ramiz oğlunun axtarışları başa çatıb.

Unikal.org FHN-nin saytına istinadən xəbər verir ki, Kamil İsmayılovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

***19:00

Şəmkirdə su kanalında bir nəfər batıb.

Unikal.org xəbər verir ki, hadisə rayonun Mahmudlu kəndində qeydə alınıb.

Belə ki, orta yaşlı kişi kanalda çimən zaman batıb. Hazırda hadisə yerinə aidiyyatı qurumlar  cəlb olunub. 

Axtarış işləri  davam etdirilir.