Aktrisa Pərvin Abıyeva mərhum rejissor Şahin Zəkizadənin onu sevdiyini deyib.

Unikal.org xəbər verir ki, o, bu haqda "Onun sirri" verilişində danışıb. Pərvin bildirib ki, Şahin Zəkizadə xəstə olanda ona tez-tez baş çəkib:

"Son nəfəsinə qədər ona baş çəkirdim. Evləndiyi günə qədər məni sevirdi. Gənc idim, karyera hədəfim vardı. Bizim evliliyimiz alınmadı. Birgə proyektimiz də vardı. Mənə qarşı hisslərini biləndə, uzaqlaşdım. İnanclı, imanlı insan idi. Xasiyyətimiz uyğun gəlmirdi. Məni hər cür qəbul edirdi. Həyat yoldaşı ilə onları mən tanış etmişdim. Evliliklərinə mən vəsilə oldum. Mənə çox böyük sevgisi vardı. "Ölsəm bağışla" şeirini mənə həsr etmişdi".

Qeyd edək ki, Şahin Zəkizadə model Səbinə Allahverdiyeva ilə ailə qurmuşdu. Cütlüyün bir oğlu var. Zəkizadə uzun sürən xərçəng xəstəliyindən 2017-ci ildə vəfat edib.