Şəmkirdə evdən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 14-də rayon ərazisindəki evlərin birindən 25 min manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Yuxarı Çaykənd kənd sakinləri, əvvəllər məhkum olunmuş H. Rüstəmov və A. Nağıyev saxlanılıb.

Araşdırma aparılır.