Ağdam rayonunda qətl hadisəsi baş verib.

Unikal.org-un xəbərinə görə, Mahrızlı kənd sakini, 25 yaşlı Gəray Gərayev əmisi oğlu Ülfət Gəraylını bıçaqlayıb.

Ülfət Gəraylının qardaşı Ülvü Gəraylı isə G.Gərayevə çoxsaylı bıçaq xəsarətləri yetirib. Hadisə nəticəsində G.Gərayev ölüb.

Ü.Gəraylı tutularaq istintaqa cəlb edilib.

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.