Pakistanda sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində ən azı 27 nəfər ölüb, 30-dan çox insan yaralanıb.

Unikal.org-un məlumatına görə, bu barədə "ARY News" telekanalı xəbər verir.

Məlumata görə, qəza ölkənin şərqindəki Pəncab əyalətində baş verib. Artıq hadisə yerinə xilasedicilərin gəldiyi qeyd olunur. Yaralılar ən yaxın xəstəxanaya aparılıb.