Bərdədə kütləvi zəhərlənmə qeydə alınıb.

Unikal.org xəbər verir ki, hadisə toy məclislərinin birində baş verib.

Belə ki, Nazırlı kəndində baş tutan toy mərasimində 20-yə yaxın şəxs qidadan zəhərlənib. Onlar qısa zamanda xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsinə məlumat verilib.