"Avropa İttifaqının son zamanlar Türkiyə və Cənubi Qafqaz regionunda aktiv siyasət yeritməsi ikibaşlı haldır. Birincisi, Avropa özü də imperialistdir. Məqsəd və məramı gəldiyi yerləri öz təsir dairəsinə salmaqdır. İkincisi isə onun regionda aktiv rol almağa çalışması diktator imperialistlərin işini çətinləşdirəcək".

Bu sözləri politoloq Həşim Səhrablı Unikal.org-a Avropa İttifaqının Cənubi Qafqazdakı aktivliyi əsasında bildirib. 

"İstənilən halda region ölkələrinin manevr imkanları artacaq. Bu imkanlar artdıqca regionda canlanma da his olunacaq. Ən əsası isə, region ölkələri ağıllı davranaraq iki imperial bloku üz-üzə qoyub, ikisini bir-birinin əli ilə zəiflədə və daxili resurslarını düzgün istifadə edərək gücünü və qüdrətini artırar" - deyə politoloq qeyd edib. 

Ağarza Elçinoğlu