Paytaxtda yol-nəqliyyat hadisəsi baş verib. 

Unikal.org xəbər verir ki, hadisə "Mətbuat prospekti"ndə qeydə alınıb. 

Hadisə nəticəsində idarəetməni itirən 3 ədəd avtomobil bir-birinə çırpılıb. Əraziyə polis əməkdaşları cəlb edilib. 

İlkin məlumatda qeyd olunur ki, qəzaya səbəb "patı" adlı narkotik qəbul etmiş şəxs olub. Belə ki, özündə olmayan vətəndaş birdən-birə avtomobil yoluna çıxıb. Nəticədə isə nəqliyyat vasitələrinə ciddi ziyan dəyib. Qəza nəticəsində xəsarətin olub-olmaması barədə hər hansı bir məlumat yoxdur. 

Ağarza Elçinoğlu