Aparıcı Zaur Baxşəliyev 29 il sonra Şuşaya gedib.

Unikal.org xəbər verir ki, o, görüntülərini sosial şəbəkə izləyiciləri ilə bölüşüb. Zaur Şuşaya girərkən göz yaşlarını saxlaya bilməyib.

"29 ildən sonra Qafqaz Müsəlmanları İdarəsi, Şeyxülislam Allah Şükür Paşazadə və Dini konvensiyaların rəhbərləri ilə Şuşaya səfər etdik" deyə, Zaur bildirib.

Baxşəliyev Şuşadan torpaq götürüb, atasının Bakıdakı məzarına tökəcəyini söyləyib. O, Şuşa məscidini, Cıdır düzünü gəzib.