Türkiyənin məşhur aktyorlarından Aras Bulut İynəmli sevgilisi aktrisa Bige Önalla ayrılıb.

Unikal.org xəbər verir ki, 6 ildir birlikdə olan cütlüyün hansı səbəbdən ayrıldığı açıqlanmayıb.
Qeyd edək ki, Bige Önal yaxın günlərdə sevgilisi ilə evlilik qərarının olub-olmaması ilə bağlı sualı "Həmişə eyni sualı soruşursunuz, mən də eyni cavabı verirəm. Xahiş edirəm bir daha soruşmayın" deyə cavablayıb.