Gürcüstanda son sutkada koronavirusa 699 yeni yoluxma faktı təsdiqlənib, 9 nəfər vəfat edib.

Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Ötə 24 saat ərzində daha 614 nəfər sağalaraq evə buraxılıb.

Qonşu ölkədə indiyədək COVID-19 infeksiyasına 362 183 nəfərin yoluxduğu müəyyən edilib. Onların 348 267-si sağalıb, 5 237-si ölüb.