Qırğızıstan Prezidenti Sadır Japarov ölkəsinin Azərbaycandakı yeni səfiri barədə fərman imzalayıb.

Unikal.org xəbər verir ki, bu barədə ölkə prezidentinin rəsmi saytı məlumat yayıb.

Fərmana əsasən, Kayrat Mederbekoviç Osmonaliyev Qırğız Respublikasının Azərbaycandakı yeni səfiri təyin edilib.

Qeyd edək ki, K.Osmonaliyev “Azərbaycanın Qırğız Dostları Klubu”nun prezidenti, hüquq elmləri doktoru, professordur.