Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən batma təhlükəsi ilə üzləşən 4 nəfər xilas edilib.

Unikal.org FHN-in saytına istinadla xəbər verir ki, hadisələr "Xəzər" və “Bilgəh” sularda xilasetmə məntəqələrinin ərazisində və bir halda məntəqədən kənarda (qeyri-çimərlik ərazi) baş verib.