İranda  sərnişin avtobusu qəzaya uğrayıb. 

Unikal.org xəbər verir ki, Yəzd-Dehşir yolunda hərbi müəllimləri  və  əsgərləri daşıyan sərnişin avtobusunun yük maşını ilə toqquşması nəticəsində 5 əsgər həyatını itirib,  28 nəfər yaralanıb.

Hadisə yerinə yeddi təcili yardım maşını və iki helikopter göndərilib. Qəzanın baş vermə  səbəbi  araşdırılır.