Millət vəkili Novruz Aslanov hər il olduğu kimi bu il də yay aylarında İsmayıllı rayonunun kəndlərində, eyni zamanda ucqar dağ kəndlərində də seçicilərin səyyar qəbulunu keçirir.

Unikal.org xəbər verir ki, deputat İsmayıllı rayonunun Sumağallı, Qalacıqvə İstisukəndlərində növbəti belə qəbulunu keçirib. Seçicilər deputata onlarla görüşə gəldiyi üçün təşəkkürlərini bildiriblər. Qəbullar epidemioloji qaydalara uyğun olaraq keçirilib.

Qəbulda iştirak edən sakinlərəsasən sosial yönümlü məsələlərlə deputata müraciət ediblər. Həmçinin,şəxsi məişət problemləri ilə də bağlı deputatamüraciətlər edilib. Bir neçə məsələ yerindəcə həll edilib, əlaqədar qurumlara aid olan məsələlər qeydiyyata alınaraq aidiyyəti üzrə müraciətlərin ediləcəyi bildirilib.