Məşhur k-1 ulduzu, Azərbaycanın kikboks üzrə  milli komandasının üzvü, dünya çempionu Bəhram Rəcəbzadə iyunun 16-da türkiyəli Mehmet Özələ qarşı-qarşıya gələcək.

Unikal.org xəbər verir ki, idmançımız Tqrkiyədə keçiriləcək matçdan öncə dostluq mesajı verib.

“Bu günə qədər 57 döyüşü qələbə ilə başa vurdum. Sadəcə birində məğlb olmuşam. Hazırki rəqibim türkdür- Mehmet Özer.

Güclü olan, layiq olan qazansın. Ümid edirən yaxşı döyüş keçəcək. Qalib gələn dostluq və ya qardaşlıq olsun. Bu matç bizim üçün bir yoldaşlıq görüşü olacaq. Biz hər zaman Türkiyənin, Türkiyə də Azərbaycanın arxasındadır.

Amma təbii ki, rinqdə rəqibik. Matçın sonunda iki qardaş kimi birlikdə yemək yeyəcəyik”.