Uzuzn müddətdir  ki, müxtəlif  xəstəliklərdən əziyyət çəkən Filippinin sabiq prezidenti Beniqno Akino 61 yaşında vəfat edib.

Unikal.org xarici KİV-ə istinadən xəbər  verir ki, bu  barədə   sabiq prezidentin ailə üzvü məlumat verib.

Qeyd olunub ki, sabiq prezident bu gün səhər saatlarında xəstəxanaya yerləşdirilib və ürək çatışmazlığından vəfat edib. Onun, həmçinin ağciyər xərçəngindən və böyrək çatışmazlığından əziyyət çəkdiyi vurğulanıb.