“Jara” beynəlxalq musiqi festivalının Rusiyanın paytaxt şəhəri  Moskvada ilk dəfə açılışı baş tutub.

Unikal.org  xəbər verir ki, iyunun 27-dək davam edəcək tədbir “Crocus City Hall”da reallaşıb.

Mərasimdə Rusiyanın populyar ulduzları - Filipp Kirkorov, Ani Lorak, Qriqori Leps, Nikolay Baskov, Lolita, Vera Brejneva və başqaları yer alıb, qırmızı xalça keçidində kameralara poz veriblər.

Qeyd edək ki, musiqi şousunun beş illik yubileyində 200-ə yaxın musiqiçi səhnəyə çıxacaq.