UEFA Şimali Makedoniya Futbol Federasiyasına qarşı intizam işi açıb.

Unikal.org xəbər verir ki, Şimali Makedoniya millisinin futbolçuları iyunun 19-da Amsterdamda koronavirus testləri götürülən zaman protokolu pozub.

Avropa futbol qurumu bu səbəbdən istintaqa başlayıb.

Yığma iyunun 21-də Niderlanda 0:3 hesabı ilə uduzub və AVRO-2020-ni xalsız başa vurub.