Dünya Hindistanda meydana gəlmiş koronavirusun yeni növü "Delta"nın (Hindistan ştammı - red.) təhlükəsini azaltmağı müzakirə etdiyi bir vaxtda, virus ikinci dəfə mutasiyaya uğrayıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Hindistanın Tibb Elmləri İnstitutunun direktoru Randip Quleria bildirib.

Belə ki, "Delta-plus" (B.1.617.2.1) adlanan yeni mutasiya olunmuş növ Hindistanda güclü dalğanın yaranması təhlükəsini artırıb. Virusun bu ən yeni növü olduqca yoluxucudur.

Mütəxəssisin fikrincə, koronavirusun bu variantına hətta xəstəlik daşıyıcısı olan birinin yanından sadəcə maskasız bir anlıq keçməklə də yoluxmaq olur. Bundan əlavə, həkimlər və səlahiyyətlilər, "delta-plus"un monoklonal antikorlara qarşı davamlı olmasından narahatdırlar.