Fövqaladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərova hədiyyə etmək üçün hazırlanmış xalça 7 min manata satışa çıxarılıb. 

Unikal.org-un əldə etdiyi məlumata görə,  üzərində nazirin  rəsmi olan xalça 2007-ci ildə Kəmaləddin Heydərova hədiyyə etmək üçün  xalq rəsssamı Eldar Mikayılzadəyə hazırlatdırılıb. 

Lakin sifarişçi nazirin qəbuluna düşə bilmədiyi üçün xalçanı satmaq qərarına gəlib.

Seymur Əli