Bu gün “Hövsan” və “Bilgəh” sularda xilasetmə məntəqələrinin ərazisində və bir halda məntəqədən kənarda (qeyri-çimərlik ərazi) çimərkən dörd nəfər batma təhlükəsi ilə üzləşib.

Unikal.org xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, onlar nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən xilas olunub.