ABŞ-da prezidenti ölümlə hədələyən şəxs həbs edilib.

Unikal.org xəbər verir ki, Oklahoma sakini olan 58 yaşlı Con Arens Co Baydeni, konqresmenləri və onların ailələrini ölümlə təhdid edən mesajlar göndərməkdə günahlandırılır.

Arens may ayından başlayaraq iyuna qədər yerli telekanal KOTV-nin (Newson6) poçtasına xüsusi mesajlar göndərib. Qeyd edirmiş ki, əgər ona pul ödənməsə, ölkə başçısı da daxil olmaqla bir sıra vəzifəli şəxslərin həyatına son qoyacaq.
Arens Talsadakı evində tutulub. Ədliyyə Nazirliyindən bildirilib ki, o dindirmə zamanı mesaj göndərdiyini etiraf edib.