Türkiyənin məşhur sosial şəbəkə fenomeni Şeyma Subaşı hamilə olduğunu açıqlayıb.

Unikal.org xəbər verir ki, bir müddət əvvəl Şeymanın misirli milyarder sevgilisi Mohammed Alsaloussidən hamilə olduğu xəbəri yayılmışdı. O isə bunu inkar etmişdi.

"Eşitdiyiniz dedi-qodular doğrudur, hamiləyəm. Buna görə də toy üçün tələsdik. Sonra tələsməyi lazımsız bildik. İndi toyu təxirə salırıq. Hamiləlik ərəfəmdən həz almağa çalışacam" deyə, şeyma açıqlamasında qeyd edib.